Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada yeni ştamla əlaqədar məhdudiyyətlər sərtləşdirilir

Fransada yeni ştamla əlaqədar məhdudiyyətlər sərtləşdirilir

Tarix: 7 Dekabr 2021 08:40

Fransa hakimiyyəti COVID-19-la mübarizə tədbirlərini sərtləşdirib, lakin hələlik ən sərt addımlar barədə qərar verilməyib".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Jan Kasteks Müdafiə Şurasının yeni koronavirus ştamının yayılması ilə bağlı vəziyyətə həsr olunmuş iclasından sonra deyib.

Baş nazir vurğulayıb ki, virus bütün ölkə üzrə aktiv şəkildə yayılır və "peyvənd sipəri"ni gücləndirmək lazımdır: "Növbəti dörd həftə ərzində diskotekaları bağlayırıq. Bu tədbirlər cümə günündən qüvvəyə minəcək və yanvarın əvvəlinə qədər davam edəcək".

Kasteks əlavə edib ki, ölkədə koronavirusun gənclər arasında aktiv şəkildə yayılması ilə əlaqədardır belə bir qərar verilib: Cümə axşamından başlayaraq məktəblərdə də maska rejimi gücləndirilir, açıq havada idmanla məşğul olmaq üçün məhdudiyyətlər tətbiq edilir. Digər tədbir isə həftədə 2-3 gün distant iş rejiminin tətbiqi ilə bağlıdır. Eyni zamanda, hökumət dövlət təşkilatlarına üç günə qədər məsafədən iş rejimini tətbiq etməyi tövsiyə edir".


Etiketlər:  Fransada yeni ştamla əlaqədar məhdudiyyətlər sərtləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ