Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray”dan 3 milyon tələb etdi

“Qalatasaray”dan 3 milyon tələb etdi

Tarix: 7 Dekabr 2021 20:20

Çin klubu "Beyçzin Qoan"dan ayrılan Sedrik Bakambu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sonxeber.net apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu "Qalatasaray"la danışıqlar aparır.

Artıq azad agent statusu daşıyan Konqo millisinin forvardı yanvarda "cim-bom"la müqavilə imzalamağa hazırdır. Lakin o, illik 3 milyon avro maaş tələb edib. Maraqlıdır ki, sabiq klubu "Vilyarreal"ın da gündəmində olan Bakambu onlardan 2,5 milyon avro məvacib istəyib. Yanvarda mütləq hücum xəttini gücləndirməyə çalışan "sarı-qırmızılılar" Bakambu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, Sedrik Bakambu 2014/15 mövsümündə Türkiyədə "Bursaspor"un heyətində keçirib.


Etiketlər:  Qalatasaraydan milyon tələb etdi


RƏYLƏR