Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 11:00
Brüsseldə Avropa səhiyyə nazirlərinin iclasına gələn Danimarkanın səhiyyə nazirində koronavirus aşkarlanıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, iclasdan əvvəl bütün qonaqlar test edilib. Danimarkalı nazir Maqnus Henikin nəticəsi müsbət çıxdığı üçün o, qaldığı oteldə təcrid olunub. Faktı Danimarka hökuməti də təsdiq edib.
Hazırda təcrid rejimimdə olan nazir "Facebook" səhifəsində yalnız boğaz ağrısından əziyyət çəkdiyini bildirib.