Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda səkilərə qoruyucu dirəklər quraşdırılır - Piyadalar razı, sürücülər isə narazıdır - VİDEO

Bakıda səkilərə qoruyucu dirəklər quraşdırılır - Piyadalar razı, sürücülər isə narazıdır - VİDEO

Tarix: 8 Dekabr 2021 14:38

Paytaxt Bakının mərkəzi hissələrində uzun müddətdir ki, piyada səkilərinin zəbt olunmaması üçün qoruyucu dirəklər quraşdırılır. Artıq bu proses şəhərin bütün hissələrində icra olunmağa başlanıb. Bu isə avtomobilini park etmək istəyən sürücülərin narahatlığına səbəb olub. Bəs Bakı Nəqliyyat Agentliyi piyadaların təhlükəsizliyi üçün bu addımı atırsa, avtomobillərın parklanması üçün hansı alternativ iş görür?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, səkilərdə quraşdırılan tumbalardan sürücülər narazı olsa da, piyadalar razıdır. Onlar səkidə hərəkət zamanı özlərini rahat və təhlükəsiz hiss edirlər. Sürücülər isə avtomobili park etməyə yer olmadığından şikayətçidir.

Onların bir qismi səkidə avtomobil park etməyin doğru olmadığını anlasalar da, buna əməl etmirlər.

Lakin piyadalar bütün səkilərə tumbaların quraşdırılmasının tərəfdarıdır. Onlar bunun səbəbini həm təhlükəsizlikləri üçün, həm də səkidə avtomobil olmadığına görə rahat hərəkət etməklərində görürlər.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev piyadaların rahat və təhlükəsiz hərəkəti üçün görülən işlərin bununla kifayətlənmədiyini bildirib.

Mais Ağayevin sözlərinə görə, mərkəzi hissədən kənarda yerləşən yolların ətrafında əsasən yeni tikilən binalar yerləşir ki, onların da əksəriyyətinin parklanma üçün qarajı var. Köhnə binaların isə hamısının həyətində avtomobil saxlamaq üçün yer var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bakıda səkilərə qoruyucu dirəklər quraşdırılır Piyadalar razı sürücülər isə narazıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ