Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

Tarix: 8 Dekabr 2021 22:08

Gürcüstanda sürücülük vəsiqəsinin əldə olunması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilib və Avropa standartlarına uyğunlaşdırılıb. Bunun nəticəsində də, Gürcüstanda alınan sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vladimir Konstantinidi ölkənin birinci kanalına (1tv.ge) müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstan bundan başqa daha bir neçə qanunu Avropa standartlarına uyğunlaşdırır. Həmin qanunlar Gürcüstanda verilən sürücülük vəsiqəsi və digər hüquqi sənədlərin Avropa ölkələrində də etibarlılığını artıracaq.

Milli.Az


Etiketlər:  Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq


RƏYLƏR