Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

70 milyonluq oğurluq tarixi əsərləri sahiblərinə qaytaracaq

70 milyonluq oğurluq tarixi əsərləri sahiblərinə qaytaracaq

Tarix: 8 Dekabr 2021 22:12

Amerikalı milyarder Maykl Steynhardt qeyri-qanuni yolla əldə etdiyi on milyonlarla dollar dəyərində olan tarixi əsərləri prokurorluqla əldə etdiyi razılaşmaya uyğun olaraq aid olduğu ölkələrə qaytaracaq.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, milyarder kolleksiyaçıya ömürlük antik əşyalar əldə etmək qadağan edilib.

Nyu-Yorkda yaşayan milyarder iş adamı və antikvar kolleksiyaçısı Maykl Steynhardt barəsində açılan istintaq nəticəsində 70 milyon dollar dəyərində olan 180 oğurlanmış sənət əsərini təhvil verəcək. Əsərlər aid olduqları ölkələrdə sahiblərinə qaytarılacaq.

Şəxsi sərvəti 1,2 milyard dollar olaraq qeyd edilən milyarderin evi və ofisindən Bolqarıstan, Misir, Yunanıstan, İraq, İsrail, İtaliya, İordaniya, Livan, Liviya, Suriya və Türkiyədən oğurlanmış əsərlər tapılıb.


Etiketlər:  milyonluq oğurluq tarixi əsərləri sahiblərinə qaytaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ