Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 06:06
Hal hazırda bütün dünyada tibb mühüm bir problemlə üzləşib - getdikcə antibiotiklərə davamlı olan mikrobların sayı artır. Bu çox cidd problemdir.
Alimlərin fikirinə görə, bu gələcəkdə insanların müxtəlif infeksiyalardan ölüm faktlarının kəskin artmasına səbəb olacaq.
Bütün dünyada alimlər infeksiyalarla mübarizə aparan yeni vasitələrin axtarışındadır.
Bu yaxınlarda Florida Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, dəniz süngərinin tərkibində olan maddə müalicəyə ən çətin tabe olan qızılı stafillokokkun bir formasını effektli şəkildə məhv edir. Qızılı stafilokokk çox təhlükəli dəri, ürək, ağciyər infeksiyalarına səbəb olur. Qızılı stafilokokk bir çox antibiotklərə qarşı davamlıdır ki, bu müalicəni xeyli çətinləşdirir.
ScienceDaily xəbər verir ki, eksperiment nəticəsində dəniz süngərindən alınmış maddə mikrob hüceyrələrinin 98%-ni məhv edib. Alimlər araşdırmanı davam edir