Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 13:10
Sosial mediadan aktiv istifadə edən aktyor Enis Arıkanın sonuncu paylaşımı maraq doğurub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqram hesabında keçmiş və indiki fotosunu paylaşaraq etdirdiyi estetiklərdən danışıb. Enis yarı zarafat, yarı ciddi ünvanına yazılan dəyişimlə bağlı şərhlərə belə cavab verib:
"Sadəcə bir az saç əkdirmişəm. Gözaltı və burun dolğum, botoksum, bir az liposaksiyam var. Qısaca təbiiyəm. Böhtan atmayın".
Qeyd edək ki, Enis hazırda "Camdaki kız" serialında Muzeffer obrazını canlandırır.