Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Vətəndaşın əlillik statusu problemi - VİDEO

Tarix: 9 Dekabr 2021 19:06

Hacıqabul rayon Navahı qəsəbəsinin sakini Vahid Əmişbəyli problemini video şəklində qaynar nömrəmizə göndərib. 4 uşaq atası olan vətəndaş əlillik pensiyasının kəsilməsindən şikayətçidir.

Milli.Az xəbər verir ki, Real TV məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, Hacıqabul rayon sakini Əmişbəyli Vahid Sahib oğlunun əlilliyi iddia etdiyi kimi kəsilməyib, qanunvericiliyə əsasən, vətəndaşın əlillik müddəti başa çatıb. Belə ki, vətəndaşın əlilliyi 29.08.2016-cı ildə e-sistem tərəfindən avtomatik olaraq 5 il müddətinə uzadılıb, qanunvericiliyə əsasən, əlillik müddəti 27.08.2021-ci ildə başa çatıb.

Şəxsin əlillik müddətinin uzadılması ilə bağlı Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən eletkron sistemə yeni göndəriş daxil edilib. Lakin əsas diaqnoz və ağırlaşmasında xroniki ürək çatışmazlığı II dərəcə qeyd edilsə də, EKQ (exokardioqramma) müayinəsinin nəticəsi həmin ağırlaşmanı təsdiq etmir Belə ki, EKQ müayinəsinin nəticəsində ürəyin atım fraksiyası 46% göstərilir ki, bu göstərici ürək çatışmazlığının olmasını təsdiq etmir. Bu səbəbdən şəxsin göndərişi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin dəqiqləşdirilməsi üçün səhiyyə müəssisəsinə geri göndərilib. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırıldıqdan sonra vətəndaşın əlilliyi ilə bağlı yeni göndəriş əsasında qərar veriləcək.

Milli.Az


Etiketlər:  Vətəndaşın əlillik statusu problemi VİDEO


RƏYLƏR