Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərli: ''Bədənimi müzakirəyə qoyurlar''

Roza Zərgərli: ''Bədənimi müzakirəyə qoyurlar''

Tarix: 9 Dekabr 2021 20:15

Müğənni Roza Zərgərli əməkdar artist Elza Seyidcahanla münasibətindən danışıb.

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, "Səhər Mərkəzi" verilişində qonaq olan müğənni E.Seyidcahanla aralarında yaşanan qalmaqala adınlıq gətirib:

"Vücudumla müzakirə olunmaqdan yoruldum. Mən mağazaya gedib, reklam
qarşılığında işləmirəm. Nəsə edirəmsə, pulumu verirəm. Nəsə
etdirirəmsə, deyirəm, utanmıram. Ayağımda problem var, gizlətmirəm.
Başqası söyləyər ki, mənə çolaq deyərlər, gizlədim.

Liposaksiya etmişdim, çənəmdə piy yığıldı. Getdim onu da kəsdirdim. Bunu
açıqlayıram, gizlətmirəm. Müğənnilərin savadı çatmayanda, bədənimi
müzakirəyə qoyurlar. Elza Seyidcahanla da məsələ bununla başlayıb.
Haqqımda" getsin, fiqurası ilə məşğul olsun" dedi. Bu yaxınlarda oğlu
Əkbərin xahişi ilə barışmaq üçün jest etdim. Addım atdım, qayıtdı
ki, bu kimdir, tanımıram. Elza qarşımda dizin-dizin sürünsə də ,olmaz.
Başına maral taxmaqla deyil, içi boşdur"


Etiketlər:  Roza Zərgərli Bədənimi müzakirəyə qoyurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ