Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəfəsalmanın çətinləşməsi. SƏBƏBLƏR

Nəfəsalmanın çətinləşməsi. SƏBƏBLƏR

Tarix: 9 Dekabr 2021 23:45

Sağlam insan nəfəsalmasını hiss etmir. Bu belə olmalıdır. Bəzi hallarda insan nəfəsalmanın sürətlənməsini, çətinləşməsini hiss etməyə başlayır.

Bu fiziki gərginlik, güclü stress zamanı mümkündür.

Lakin bəzən hətta sakit vəziyyətdə olduqda və ya çox cüzi fiziki gərginlikdən (piyada getmək, pilləkənlə qalxmaq və s.) sonra insan nəfəsalmanın pozulmasını hiss etməyə başlayır. Bu ciddi simptomdur və buna mütləq fikir vermək lazımdır. Nəfəsalmanın pozulması çox ağır xəstəliklərin simptomu ola bilər.

Əgər insan nəfəs aldıqda çətinlik çəkirsə, bu ürək-damar sistemi xəstəliklərinin simptomu ola bilər.

Əksinə insanda nəfəs vermə pozulubsa, bu tənəffüs sistemi xəstəliklərindən xəbər verə bilər.

Saglamolun.az xəbər verir ki, nəfəsalmanın pozulması bu kimi hallarda mümkündür:

- pnevmoniya (ağciyər iltihabı)

- ürək çatışmamazlığı

- bronxial astma

- ağciyərin enfizeması

- ağciyər xərçəngi

- ağciyər arteriayasının tromboemboliyası

- xroniki obstruktiv ağciyər xəstəliyi

- ağır anemiya (qanazlığı)

- tireotoksikoz (qalxanvari vəzinin funksiyasının artması)

- nevroloji pozulmalar (məsələn, panik ataka, nevroz)

- döş qəfəsində şişlərin inkişafı

- burun çəpərinin əyriliyi.

Əgər siz sakit vəziyyətdə olduqda nəfəsalmanın tez-tez çətinləşməsini hiss edirsinizsə, mütləq həkimə müraciət edin. Bu çox ciddi simptomdur. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq, hematoloq və s.) müayinələrinə göndərə bilər.


Etiketlər:  Nəfəsalmanın çətinləşməsi SƏBƏBLƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ