Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 11:25
Türkiyəli aktyor Aras Bulut İynemlinin çəkiləcəyi yeni serial bəlli olub.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, aktyor artıq 6 bölümü geridə qalmış "Üç kruş"da yer alacaq.
Məlumata görə, 31 yaşlı sənətçi serialda Aslıhan Malbroanın canlandırdığı Leyla obrazının keçmiş sevgilisi kimi çıxış edəcək.
Məşhur aktyorun 10-cu seriadan "Üç kuruş"da görünəcəyi, 3 və ya 4 bölüm rol alacağı bildirilir.
Qeyd edək ki, Aras Bulut İynemli son olaraq "Çukur" serialının baş qəhrəmanı olub.