Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oskar''a ilk namizəd olan qadın vəfat etdi

''Oskar''a ilk namizəd olan qadın vəfat etdi

Tarix: 10 Dekabr 2021 17:00

"Ən yaxşı rejissor" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olan ilk qadın Lina Vertmüller vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, rejissor ötən gecə 93 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, L.Vertmüller kino sənayesində ilk addımlarını "La dolce vita" və "Səkkiz yarım" filmlərinin çəkiliş meydançasında Federiko Fellininin köməkçisi kimi atıb. Onun "Məhəbbət və anarxiyadan bəhs edən film", "Bir yağışlı gecə nikah yatağımızda dünyanın sonu", "Uca yoldan gələn quldur kimi pusquda dayanmış taleyin zarafatı" filmləri də nüfuzlu şoularda nümayiş etdirilib. O, 1977-ci ildə "Yeddi gözəl" filminə görə "Oskar"a namizəd olub. Bununla da Lina sözügedən mükafata namizəd olan ilk qadın kimi tarixə düşüb.

O, 2020-ci ildə kinematoqrafiya sahəsindəki xidmətlərinə görə "Oskar"ın fəxri mükafatına layiq görülüb. Bundan başqa, rejissor iki dəfə "Kann" və "Berlin" kinofestivallarında mükafatlara namizəd olub.

Milli.Az


Etiketlər:  Oskara namizəd olan qadın vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ