Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 17:20
Müğənni Roza Zərgərli küsülü olduğu həmkarı Rəhim Rəhimli ilə bağlı açıqlama verib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Tam vaxtııdr" verilişində barışmaq üçün şərt qoyub. O bildirib ki, Rəhimlə ancaq verilişinə gəldiyi halda küsülülüyə son qoyar:
"Rəhimlə olan davamızda dediyim hər fraza öz təsdiqini tapdı. Dalaşdığım insanlara kinim yoxdur. Deyirəm, qəbul edir etsin, etmirsə, sağollaşıram. Onunla bir şərtlə barışaram: bura gəlsin, qonağım olsun. Onda Rəhim yox, Rəhimçik deyərəm".
Qeyd edək ki, konsertlərin birində musiqi qrupu Rozanın onun qonorarını vermədiyini iddia etmişdi. Roza həmin qrupu Rəhimin öyrətdiyini açıqlamışdı. Daha sonra sənətçilər bir-birinin ünvanına təhqirlər səsləndirmişdi.