Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Manafoba sakinlərinin yol problemi - VİDEO

Manafoba sakinlərinin yol problemi - VİDEO

Tarix: 10 Dekabr 2021 17:44

Yol hər bir insanın yaşamında önəmli yerə malik infrastukturdu. Bu səbəbdən də yol həm mədəniyyət həm iqtisadiyyat həm də həyat hesab olunur. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Xaçmazın Manafoba kəndinin sakinləri uzun illərdir bu dəyərlərdən uzaq düşüblər.

Milli.Az RealTV-yə istinadən xəbər verir ki, məsələ burasındadır ki, cəmi 5 km uzunluğunda olan kənd yolu acınacaqlı vəziyyətdədir. Bu səbəbdən də sakinlərin çəkdiyi əziyyəti bir Allah bilir bir də özləri.

Sakinlərin sözlərinə görə, yolun təmiri ilə bağlı dəfələrlə etdikləri müraciətləri nəticəsiz qalıb. Hətda bir neçə il öncə onlara problemin həlli ilə bağlı söz də verilib. Lakin verilən söz necə deyərlər söz də qalıb.
Məsələ ilə bağlı Xaçmaz Rayon icra hakimiyyətindən bildirildi ki, sözugüdən yol Avtomobil Yolları Dövlət Agentliyinin balansında olduğu üçün təmir işlərini də bu qurum görməlidir. Yolun nə zaman təmir ediləcəyi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirdi ki....
Ümid edirik ki, yolun təmiri üçün lazım olan vəsait tezliklə ayrılacaq və sakinlərin problemi də bununla həllini tapacaq.

Milli.Az


Etiketlər:  Manafoba sakinlərinin yol problemi VİDEO


RƏYLƏR