Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 17:50
Altı il idi ki, Bəhruz Cəfərovun gözləri yolda qalmışdı. Hər gün atasının meyitinin tapılması xəbərini alacağına ümid edirdi. Keçən bu illər ona ağır gəlsə də, bundan sonra atasının qəbrini ziyarət etməklə təsəlli tapacaq...
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət 2015-ci ilin dekabr ayının 4-də "Neft Daşları"nın 501 saylı özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş 60 yaşlı Bəhmən Cəfərovun oğlundan gedir.
Altı il idi ki, itkin düşmüş 60 yaşlı Bəhmən Cəfərovun meyitinin qalıqları tapılaraq ailəsinə təhvil verilib. Meyitin kimə məxsus olduğunu isə tibbi ekspertizadan sonra müəyyənləşdirmək mümkün olub.
Xatırladaq ki, 6 il əvvəl dekabrın 4-də "Neft daşları" Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atmışdı. Nəticədə platformada olan 63 işçidən 33 nəfəri xilas edilmiş, 11-i həlak olmuşdu. 19 nəfər isə itkin düşmüşdü. Sonuncu olaraq meyitinin qalıqları tapılan Bəhmən Cəfərov Gədəbəy rayonunun Söyüdlü kəndində dəfn ediləcək.
Mövzu ilə bağlı danışan SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu ilin dekabrın 1-də Neft Daşlarında itkin düşən 49 yaşlı Mürsəl Namazovun axtarışlarının gedişi ilə bağlı da məlumat verib.
Qeyd edək ki, Mürsəl Namazov "Neft Daşları"nda elektrik montyoru vəzifəsində işləyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: