Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda doğulan afrikalı milyarderin ABŞ-a girişi yasaqlandı

Bakıda doğulan afrikalı milyarderin ABŞ-a girişi yasaqlandı

Tarix: 10 Dekabr 2021 23:12

ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda doğulmuş qızı İzabel duş Santuşa korrupsiya cinayətlərində iştirak etdiyinə görə ölkəyə giriş qadağası qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

2021-ci ilin əvvəlində isə "Forbes" onu Afrikanın ən varlı adamları siyahısından çıxarıb. 

İzabel 1979-2017-ci illərdə Anqola prezidenti olmuş Joze Eduard Santuşun qızıdır. O, 1973-cü ildə Bakıda anadan olub. 

2013-cü ildə "Forbes" 3,5 milyard dollar sərvəti olan İzabeli Afrikanın ən zəngin qadını elan edib. 2020-ci ilin ortalarında onun sərvəti 1,4 milyard dollara enib. 2021-ci ilin yanvarında isə jurnal onu qitənin ən zəngin adamları siyahısından çıxarıb.

Bu hadisə 2019-2020-ci ildə İzabelə qarşı başladılmış cinayət işi çərçivəsində Anqola və Portuqaliyadakı hissələrinin dondurulmasından sonra baş verib. 

Milli.Az


Etiketlər:  Bakıda doğulan afrikalı milyarderin ABŞ girişi yasaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ