Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 01:46
ATV-nin "Bizimləsən" proqramına müraciət edən cütlük hər kəsin ağlamağına səbəb olub.
9 ildir övlad həsrətində olan cütlük proqrama müraciət edərək yardım istəyib. Onlar neçə ildir ki, müalicələrin effektsiz olduğunu bildirib. "Bizimləsən" proqramı cütlüyü efirə çağıraraq yardım etməyi qəbul edib. Cütlük bildirib ki, son çarə kimi proqrama müraciət ediblər və qəbul olunmasaydı ayrılmaq qərarına gələcəkdilər.
Evin bəyi texnolgiya müəllimi kimi çalışır. O evdəki səssizliyin çətin olduğunu deyib.
"Dərsə gedirsən, səs-küy, evə gəlirsən səssizlikdir. Çətin olur. 9 il kifayət qədər böyük vaxtdır".