Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın qayçı kolleksiyası - FOTO

Ərdoğanın qayçı kolleksiyası - FOTO

Tarix: 11 Dekabr 2021 10:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtdan başlayaraq bu günə qədər açılış və təməlqoyma mərasimlərində istifadə etdiyi 800-dən çox qayçı və lentlər nümayiş etdirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 18 illik qayçı kolleksiyası Türkiyə Prezidentinin rəsmi iqamətgahında Konqres və Mədəniyyət Mərkəzində jurnalistlər üçün sərgiyə çıxarılıb.

Bildirilir ki, qayçı kolleksiyasının birinci nümunəsi Ərdoğan tərəfindən 2003-cü il sentyabrın 22-si istifadə etdiyi qayçı, ən sonuncu nümunəni isə Türkiyə Prezidentinin bu il Nyu-Yorkda "Türkevi"nin açılışında istifadə etdiyi qayçı təşkil edib.

Bununla yanaşı qeyd olunur ki, açılışlarda istifadə olunan lentlər 2007-ci ilə qədər qırmızı, ondan sonra isə firuzəyi rəngdə olub.


Etiketlər:  Ərdoğanın qayçı kolleksiyası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ