Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu tərbiyəsizi internat məktəbinə atmaq lazımdir” - Oqtay

“Bu tərbiyəsizi internat məktəbinə atmaq lazımdir” - Oqtay

Tarix: 11 Dekabr 2021 11:08

"Soy" prodakşının rəhbəri, məşhur prodüser Oqtay Əliyev bir neçə gündür sosial şəbəkələr və yerli mediada gündəmi zəbt edən şagirddən yazıb. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, O. Əliyev təklif edib ki, sinif yoldaşlarına aqressiv yanaşan şagirdi çətin tərbiyə olunan internat məktəbinə göndərilsin: 

"Bu tərbiyəsiz "yetimçə"ni çətin tərbiyə olunan uşaqların  internat məktəbinə atmaq lazımdir. Orada müəllimlər burnuna buzlu sular qoysunlar. Adi məktəblərdə müəlimlərin zəhmini məhv etdilər. Axırıda belə oldu".

Qeyd edək ki, sözügedən hadisə Suraxanı rayonu 282 nömrəli tam orta məktəbdə lentə alınıb. 7-ci sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.


Etiketlər:  tərbiyəsizi internat məktəbinə atmaq lazımdir Oqtay


RƏYLƏR