Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaur "Whatsapp" yazışması ilə itirdiyi nişan üzüyünü tapdı - QƏRİBƏ OLAY - FOTO

Zaur

Tarix: 11 Dekabr 2021 13:40

"Bizdə 9 ildir bir-birimizə inam var". 

Milli.Az xəbər verir ki, bunu Zaur Baxşəliyev aparıcısı olduğu verilişində deyib.

O bildirib ki, Günayla tez-tez vatsapda yazışmaqları onlara itən nişan üzüyünü tapmaqda yardımçı olub:

"Bizdə bir qayda var. Günayla mən bir-birimizlə hər dəqiqə yazışırıq. Məsələn, mən deyirəm "işə çatdım, o deyir "mən salona çatdım". Hər gün, hər dəqiqə bizdə belədir. Bir dəfə biz belə üzüyümüzün qaşını tapçmışıq. Yazışmalarımızla arxaya gedib baxmışıq, - o qəşəng bir qaş idi, mənim nişan üzüyümün qaşı idi, o yazışmalarla dala qayıtdıq-qayıtdıq ki, axırıcı dəfə mən harada olmuşam, nə yazmışam, elə həmin yerdən üzüyümün qaşını tapdım. Cəfər Cabbarlı adına kinostudiyada çəkilişlər zamanı orada itirmişdim. O boyda ərazidən biz vatsap yazışmamızla o qaşı necə tapdıqsa... Çünki halal mal idi".

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Zaur Whatsapp yazışması ilə itirdiyi nişan üzüyünü tapdı QƏRİBƏ OLAY FOTO


RƏYLƏR