Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fabiano karyerasını bitirdi

Fabiano karyerasını bitirdi

Tarix: 11 Dekabr 2021 18:02

Braziliya millisinin sabiq hücumçusu Luis Fabiano karyerasını bitirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü açıqlayıb. Sonuncu dəfə peşəkar səviyyədə 2017-ci ildə "Vasko da Qama"nın formasını geyinmiş Fabiano futbolla rəsmən vidalaşdığını bildirib.

Qeyd edək ki, Luis Faboano karyerası ərzində "Porto", "San Paulo", "Renn", "Sevilya" kimi klublarda çıxış edib. O, "Sevilya"nın heyətində 2 dəfə UEFA kubokunu (indiki Avropa Liqası) və İspaniya kubokunu, 1 dəfə isə UEFA Superkubokunu və İspaniya Superkubokunu qazanıb.

Milli.Az


Etiketlər:  Fabiano karyerasını bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ