Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 09:12
Bakı. Trend:
Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin