Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 22:03
Cənubi Avstraliya Universitetinin alimi Juli Flit doğuş ağrılarını azaldan xüsusi sprey hazırlayıb.
Spreyin tərkibinə "fentanil" adlı analgetik daxildir. Burun spreyi doğuş zamanı bir çox hallarda istifadə olunan ağrısızlaşdıran inyeksiyalardan fərqli olaraq daha tez təsir edir.
Saglamolun.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni vasitə Avstraliya xəstəxanaların birində qadınların üzərində test olunub. Qadınlar yeni spreyin effektli olduğunu təsdiq ediblər.
Alimlərin fikirinə görə gələcəkdə sprey bəzən doğuş zamanı istifadə edilən epidural anesteziyanı əvəz edə bilər. Spreyin qiyməti 50 dollardan artıq olmayacaq.