Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barmaq izi skanından sadə üsul ilə yan keçmək olar - VİDEO

Barmaq izi skanından sadə üsul ilə yan keçmək olar - VİDEO

Tarix: 11 Dekabr 2021 22:44

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların demək olar hamısında istifadə olunan barmaq izi skanı texnologiyalarının zəif nöqtələri barəsində hesabatı təqdim edib. Mütəxəssislərin sözlərinə əsasən barmaq izi skanı texnologiyası adi şifrələrə rahat alternativ olsa da o, etibarlılıq məsələsində uduzur. Kraken Security Labs şirkətinin mütəxəssisləri bildiriblər ki, barmaq izi skanı sistemlərinin əsas mənfi özəllikləri ondan ibarətdir ki, barmaq izini rahatlıqla əldə etmək olar. Belə ki, istifadəçinin toxunduğu demək olar istənilən yerdən onun barmaq izini əldə etmək mümkündür. Əsasən də bura cihazın ekranı daxildir. Misal olaraq mütəxəssislər noutbuk ekranında barmaq izinin fotosunu çəkməklə onu necə əldə etməyin yolunu sərgiləyiblər.

Çəkilmiş fotonu fotoredaktorda detallı şəkildə redaktə edəndən sonra barmaq izinin keyfiyyətli təsvirini əldə etmək olar. Əldə edilmiş təsviri daha sonra lazerli printer vasitəsilə asetat kağız üzərində çap etmək lazımdır. Bu halda kağız üzərində üçölçülü strukturlar yaranacaq. Daha sonra isə barmaq izinin əks olunduğu kağızın üzərinə ağac kleyini vurmaq lazımdır. Ağac kleyi öz növbəsində quruyandan sonra barmaq izinin formasını təkrarlayacaq. Beləliklə barmaq izi skanı texnologiyasından yan keçmək üçün nəzərdə tutulmuş üsul hazırdır. Təqdim edilmiş videoda görmək olar ki, mütəxəssislər bu üsul ilə noutbukları, planşetləri və digər cihazları blokdan çıxara bilirlər. Mütəxəssislər barmaq izi skanı texnologiyasını yalnız əlavə təhlükəsizlik tədbiri kimi istifadə etməyi məsləhət görürlər. Onların fikirlərinə əsasən qəliz şifrələrdən və iki faktorlu autentifikasiya sistemlərindən daha yaxşı təhlükəsizlik sistemləri hələ yoxdur.


Etiketlər:  Barmaq skanından sadə üsul ilə keçmək olar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ