Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp-da daha bir yenilik

Whatsapp-da daha bir yenilik

Tarix: 11 Dekabr 2021 22:52

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək. Hal hazırda sözügedən funksiya Whatsapp-ın beta versiyalarından birində test edilir. Ortaya çıxmış fotolardan biri Whatsapp interfeysinin yeni elementini əks etdirir. Söhbət, stikerlərin axtarış bölməsində olan Create düyməsindən gedir. Məlumata əsasən həmin düymə vasitəsilə istifadəçi hər hansı bir şəkli yükləyəndən sonra xüsusi redaktor bölməsində onu standart ölçüyə sala bləcək. Bu üsul ilə də istifadəçi fərdi stikerini yarada biləcək. Verilmiş məlumata əsasən fərdi stikerlərin hazırlanması funksiyası ilk növbədə messencerin Android versiyasında istifadəyə veriləcək və müəyyən müddətdən sonra iOS versiyada da aktivləşdiriləcək. Qeyd etmək lazımdır ki, hal hazırda istifadəçilər əlavə stikerləri yalnız kənar tətbiqlərdən yükləyə bilirlər. Sözügedən funksiyanın nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.

Milli.Az


Etiketlər:  Whatsapp da daha bir yenilik


RƏYLƏR