Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada pulsuz rominqin müddəti daha 10 il uzadılıb

Avropada pulsuz rominqin müddəti daha 10 il uzadılıb

Tarix: 11 Dekabr 2021 23:16

Avropa İttifaqı ölkələri ittifaq daxilində 2032-ci ilədək rominqə görə əlavə xidmət haqqı alınmamasına dair razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, razılaşmanı artıq Avropa Parlamenti təsdiqləyib.
Qurumun mətbuata açıqlamasında göstərilir ki, "Aİ vətəndaşları ittifaqın digər ölkəsinə səfər edərkən zəng, mesaj və mobil internet xidmətindən istifadə zamanı mobil operatorların şok fakturası ilə üzləşməyəcəklər".

Qeyd edək ki, rominqə görə xidmət haqqı 2017-ci ilin yayında 5 illik sınaq müddətinə ləğv edilmişdi. Bundan sonra Avropanın bütün mobil operatorlarının trafiki və gəlirləri artıb. Yeni qayda Aİ-yə üzv olan 27 ölkəni və əlavə olaraq Norveç və Lixtenşteyni əhatə edir.

Milli.Az


Etiketlər:  Avropada pulsuz rominqin müddəti daha 10 il uzadılıb


RƏYLƏR