Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 10:20
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin qərbindəki Antalya əyalətinin Akseki şəhərində 3,5 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı altı kilometr dərinlikdə yerləşib. Titrəmələr qonşu əyalətlərdə də hiss olunub.
Zəlzələnin yerli vaxtla 06:03-də baş verdiyi qeyd olunur. Xəsarət alan olmasa da, zəlzələ yerli əhali arasında təşvişə səbəb olub.
Daha əvvəl Boğaziçi Universiteti Kandilli Zəlzələ Araşdırma İnstitutu və Rəsədxanası İstanbulda 7,5 bal gücündə bir zəlzələ olacağını proqnozlaşdırmışdı.
Xatırladaq ki, Türkiyə seysmik cəhətdən aktiv zonada yerləşir və burada zəlzələlər olduqca tez-tez, çox vaxt insan tələfatı ilə baş verir. Bu ölkədə yer qabığının ən güclü dalğalanmaları 1999-cu ildə Mərmərə dənizi bölgəsində qeydə alınıb. Yeraltı təkanların miqyası 7,4-ə bərabər olub. Təbii fəlakət nəticəsində təxminən 18 min insan ölüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin