Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pensiya ödənişi BU TARİXƏDƏK tam yekunlaşdırılacaq

Pensiya ödənişi BU TARİXƏDƏK tam yekunlaşdırılacaq

Tarix: 13 Dekabr 2021 12:28

Respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Sonxeber.net-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.


Etiketlər:  Pensiya ödənişi TARİXƏDƏK yekunlaşdırılacaq


RƏYLƏR