Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Badamdarda sürüşmə baş verən yolda hərəkət bərpa olunub - VİDEO - FOTO

Badamdarda sürüşmə baş verən yolda hərəkət bərpa olunub - VİDEO - FOTO

Tarix: 13 Dekabr 2021 13:04

Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bir müddət əvvəl Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq bildirib ki, ərazidə aparılan işlərdən sonra son vəziyyət nəzərə alınaraq bağlanmış yollar açılıb və bu istiqamətlərdə avtomobillərin hərəkəti bərpa olunub.

Qeyd olunub ki, buna baxmayaraq həmin istiqamətlərdə ağır yük maşınlarının və əvvəllər həmin istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının hərəkəti hələ ki, təmin olunmayıb. Burada əsas məqsəd ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. Aparılan işlər tam yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Badamdarda sürüşmə baş verən yolda hərəkət bərpa olunub VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ