Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktyor Ceyhunun restoranda qaşını partlatdılar - FOTO

Aktyor Ceyhunun restoranda qaşını partlatdılar - FOTO

Tarix: 13 Dekabr 2021 17:48

Aktyor Ceyhun Fersoy ötən gecə həyat yoldaşı, aktrisa Begüm Önərlə Cihangirdə getdikləri məkanda çıxan dava zamanı xəsarət alıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor həmin anları sosial media hesabında paylaşan Ceyhun Fersoy mövzu ilə bağlı ilk dəfə danışıb:

"Davadan sonra həyat yoldaşımın da psixologiyası heç yaxşı deyil. Hadisə məhkəməyə qədər getdi. Bizə ən çox təsir edən psixoloji vəziyyət oldu. Dünən baş verən xoşagəlməz hadisədən sonra mənim üçün iş bağlandı. Bundan sonrası üçün vəkillərim nə lazımdırsa, edəcək".

Ceyhunun sözlərinə görə, hadisə cütlük hesabı ödəyib məkandan çıxmaq istəyərkən yaşanıb. O, bədənində bir neçə yerdən yaralanıb. Aktyorun yarılan qaşına 4 santimetrlik tikiş vurulub.

Qeyd edək ki, aktyor hazırda "Seksenler" serialında Şahin obrazını canlandırır. O, ekran işindəki tərəf müqabili Begüm Önərə çəkiliş zamanı evlilik təklifi edib. Onlar 2015-ci ildən ailəlidir.


Etiketlər:  Aktyor Ceyhunun restoranda qaşını partlatdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ