Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 21:52
Macarıstanda koronavirusun "Omikron" ştamına yoluxma aşkarlanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Macarıstanın səhiyyə xidmətləri müdiri Sesilia Müller M1 televiziyasına açıqlamasında deyib.
O bildirib ki, ölkədə iki nəfərdə bu ştam müəyyənləşdirilib.
Müllerin sözlərinə görə, xəstələrdən biri yüngül simptomlar göstərir, digərinin müalicəsi isə xəstəxanada davam etdirilir.