Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Omikrondan kimlər qoruna bilməyəcək? - Ən həssas təbəqə

Omikrondan kimlər qoruna bilməyəcək? - Ən həssas təbəqə

Tarix: 13 Dekabr 2021 23:36

Orqanizmi virusla tanış olan, yoluxub sağalan və 3 doza peyvənd vurduran insanlarda virusa qarşı güclü antitel bazası var.

Sonxeber.net xəbər verir ki, bu qənaətə Kaliforniya universitetinin alimləri yeni elmi araşdırmanın yekununda gəlib.

Onlar yoluxub sağalanlar və tam buster doza peyvənd olunanların antitellərini müqayisə ediblər. Eləcə də onlarla vaksin olunmamış insanlar yoxlanılıb.
Alimlər müəyyən edib ki, əvvəl yoluxub sağalmış və son 2-3 ayda peyvənd olunmuş insanlarda maksimal effektiv antitellər hasil olub və bu antitellər virusun yeni variantlarını tanıyır, immunitet səfərbər olur. Bu variantlara Delta və Omikron da daxildir.

Əsas nəticə budur ki, əgər siz kovidə yoluxmusuzsa, üstəlik peyvənd olunmusuzsa, sizin antitellərin keyfiyyəti daha yüksək olacaq. Bu yeni variantlara qarşı effektiv müdafiədir.

Omikron qarşısında ən müdafisiz təbəqə virusa yoluxmayanlar və heç vaksin olunmayanlardır.

Vaksin edilməyənlər indi vaksin olunsalar da üçüncü dozaya çatana kimi olan müddətdə Omikrona yoluxa bilərlər. Omikron sürətlə yayılır və onun üçün bir ölkəni zəbt etməyə 1 ay yetərlidir. /medicina.az


Etiketlər:  Omikrondan kimlər qoruna bilməyəcək həssas təbəqə


RƏYLƏR