Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 10:24
Türkiyənin Ərzurum şəhərində Diyanət Nazirliyinə bağlı Quran kursunda 7 uşaq cinsi istismara məruz qalıb.
Sonxeber.net Bakupost-a istinadən xəbər verir ki, Ərzurum valisi şübhəlinin Yozgatda saxlanıldığını açıqlayıb.
Ərzurumun Diyanət İşləri İdarəsinin Palandöken bölgəsində yerləşən Hacı Bahattin Evgi internatında Quran kursunda yaşları 10-11 arasında olan 7 uşağın cinsi istismara məruz qaldığı üzə çıxıb.
Hadisəni təsdiqləyən Ərzurum valisi Okay Memiş kursda könüllü nəzarətçi kimi işləyən şübhəlinin Yozqatda qaçmağa çalışarkən saxlanıldığını və təhlükəsizlik səbəbilə Ərzuruma gətirilmədiyini bildirib.