Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda FACİƏ: Taksi sürücüsü görün nə etdi - TƏFƏRRÜAT

Bakıda FACİƏ: Taksi sürücüsü görün nə etdi - TƏFƏRRÜAT

Tarix: 14 Dekabr 2021 10:52

Bakıda daha bir nəfər özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 131A ünvanında yerləşən Rabit və Nəqliyyat Kollecinin yataqxanasında baş verib.

Füzuli rayonu Dədəli kəndindən olan məcburi köçkün, 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu binanın damına çıxaraq özünü aşağı atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra taksi sürücüsü kimi çalışan Seymurun xeyli borcunun olduğu, banklardan götürdüyü kreditləri verə bilmədiyi, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyi və bu sıxıntılar səbəbindən həyatına qəsd etdiyi məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Bakıda FACİƏ Taksi sürücüsü görün etdi TƏFƏRRÜAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ