Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 14:08
Xəbər verdiyimiz kimi, dekabrın 10-u Ermənistanda cənub istiqamətində yerləşən hərbi hissələrin birində hərbçi əsgər yoldaşlarını güllələyib. Nəticədə, 19 yaşlı əsgər Senik Arzumanyan ölüb, daha iki hərbçi isə yaralanıb.
Sonxeber.net Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, insidentlə bağlı başladılmış cinayət işi çərçivəsində yoldaşlarını güllələyən hərbçi həbs edilib.
İnsidenti törədən hərbçi bir müddət əvvəl saxlanılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq zamanı bir sıra mühüm hallar aşkar ediblər. Əldə olunan sübutlar əsasında şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o həbs olunub.