Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 14:30
Saatlı rayonun Mollavaizli kəndinin bir qrup sakini mavi yanacağın yoxluğundan əziyyət çəkir. Sakinlərin sözlərinə görə yaşayış massivinin yaxınlığından qaz xətti keçir. Amma onların yaşadığı ərazi qazlaşdırılmayıb. Çıxış yolu kimi odundan və qaz balonlarından istifadə edilir. Bu isə maddi cəhətdən sərf etmir. ''Azəriqaz'' İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Saatlı rayonunun Mollavaizli kəndində yaşayan bəzi sakinləri müddətdir ki, qaz üzünə həsrətdirlər. Kəndin bir hissəsinə bir neçə il bundan əvvəl qaz xətti çəkilib. 80 ailənin məskunlaşdığı yaşayış massivi isə qazlaşdırılmayıb. Baxmayaraq ki, yaxınlıqdan qaz xətti keçir.
Sakinləri iddia edirlər ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmayıb. Onların sözlərinə görə mavi yanacaq olmadığından, odun və qaz balonlarından istifadə edililir. Bu isə maddi baxımdan sərfəli deyil.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov bildirib ki, Mollavaizli kəndinin yeni yaşayış massivində paylayıcı qaz xətlərinin çəkilişi 2022-ci ilin kapital qoyuluşu proqramında nəzərdə tutlub. ''Ərazinin qazlaşdırılması üçün qurum tərəfindən layihə-smeta sənədləri hazırlanıb''-deyə o əlavə edib.