Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 16:08
Ağcabədi şəhəri İsmət Qayıbov küçəsinin sakinlərini dilə gətirən səbəbi görəndə onların indiyə qədər niyə susduğuna təəccüb edəcəyinizə əminəm. Axı özləri demişkən, illərdir sürən bu problemlə bir ömür yaşamaq asan məsələ deyil.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, evindən çölə beş addım atan kimi gözünə görünən ilk şey şəhərin işıqlı, yaraşıqlı küçələri, parkları yox, çirkab sudursa, buna nə ad vermək olar?
Sakinlər o adları tapıblar: xəstəlik, antisanitariya mənbəyi...
Sakinlər iddia edir ki, əlaqədar qurumlar vəziyyətdən xəbərdardır. Axı buradakı vəziyyət kiçik boru sızması deyil ki, gözlərindən qaçmış olsun. Amma nə olsun ki, hallarına acıyan, dərdlərinə yanan yoxdur. Əks halda, problemləri həll olunardı.