Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 19:38
"Oskar" mükafatına layiq görülən "Parazit" filminin baş rol ifaçısı Park So-damaya xərçəng diaqnozu qoyulub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, qalxanabənzər vəzi xərçəngi aşkarlanan aktrisa əməliyyat olunub. Hazırda aktrisanın vəziyyətinin stabil olduğu bildirilib.
Cənubi koreyalı aktrisa xəstəliyi səbəbindən bütün layihələrini ertələyib.
Qeyd edək ki, xərçəngin bu növü qadınlarda kişilərə nisbətdə 3 dəfə daha çox göründüyü müşahidə edilir.