Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda maşın sürməyi necə öyrənmək olar? - VİDEO

Bakıda maşın sürməyi necə öyrənmək olar? - VİDEO

Tarix: 14 Dekabr 2021 19:56

Avtomobilə sahib olmaq hər kəsin arzusudur. Ancaq nəqliyyat vasitəsini almazdan öncə onu idarə etməyi bacarmalıyıq. Bir çoxları da bunun üçün təlim kurslarına üz tuturlar. Ancaq bu işin də öz qaydaları var.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, təlimçi İlahə Əhmədova deyir ki, sürücülük kurslarında həm nəzəri biliklərə, həm də avtomobillərin təchizatı məsələlərinə xüsusi diqqət edilməlidir.

İlahə Əhmədovanın sözlərinə görə, insanlar yol hərəkəti qaydaları ilə bağlı nəzəriyyəni asanlıqla öyrənsələr də, sükan arxasına keçərkən bu biliklər kifayət etmir.

Təlimçi bildirir ki, sürücülər təlim maşınlarına qarşı diqqətli olmalıdılar. Çünki, bəzən təlim avtomobili idarə edən şəxslərə lazımsız siqnal və işıq verməklə onlara süni çətinliklər yaradılır. İlahə Əhmədovanın sözlərinə görə, qarşılaşdıqların ən böyük problem isə sürücülük təlimləri üçün müvafiq məkanların olmamasıdır.


Etiketlər:  Bakıda maşın sürməyi necə öyrənmək olar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ