Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 05:34
Ötən gün sevgilisi, iş adamı Erdal Şeyda Lafçını avtomobil qəzasında itirən müğənni Gülçin Ergül tənqidlərə tuş gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının hadisənin ardından instaqram hesabında sevgilisi ilə bağlı paylaşım etməsi olub. O, "Sən mənim mələyimsən" şərhini yazdığı Erdalın şəklini daha sonra silməli olub.
Onun hələ xəstəxanada ölərkən yeni itirdiyi sevgilisi ilə bağlı atdığı bu addım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Gülçinin ünvanına "İtkini necə belə tez qəbullanıb paylaşım etdin", "Sevdiyi insanı itirənlər adətən böhran yaşayır və reallığı inkar edir. İndi isə sosial mediada paylaşım edə biləcək qədər yaxşı hiss edirlər" kimi şərhlər gəlib.
Qeyd edək ki, qəza cütlüyün olduğu avtomobilin yük maşını ilə toqquşması zamanı baş verib. Hadisə nəticəsində sükanı idarə edən Erdal hadisə yerində həyatını itirib.