Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 08:40
Venesiya Komissiyası bu ilin son iclasını keçirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, epidemioloji vəziyyət nəzərə alınaraq tədbir hibrid formada keçirilib.
İclasda Albaniya, Kipr, Macarıstan və Ukrayna ilə bağlı rəylər edilib.
Sessiya zamanı Komissiyanın prezidenti də dəyişib. Quruma 2009-cu ildən rəhbərlik edən Cianni Bukkikionu Kler Bazi Malori əvəz edib. Fransa Konstitusiya Şurasının üzvü olan Bazi Malorinin mandatı 2023-cü ildə başa çatacaq.