Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 09:27
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən altıncı sammitinin yekunu olaraq qəbul edilən birgə bəyannamə rəsmi Bakının mövqeyini tam əks etdirir. Birgə bəyannaməyə əsasən Avropa İttifaqı bütün tərəfdaş ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir.
Sonxeber.net bildirir ki, diqqət çəkən əsas məqamlardan biri isə Azərbaycanın bəyannamənin Belarusdakı daxili siyasi vəziyyət barədə bəndinə münasibətidir. Azərbaycan həmin bəndə öz qeydini əlavə etməklə ölkələrin suverenliyinə hörmət edilməsi və başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqliyini nümayiş etdirib.
Orada deyilir ki, Azərbaycan universal insan haqları dəyərlərinə və humanitar məsələlərə münasibətdə ikili standartları və siyasiləşmiş yanaşmaları qəbul etmir. Bundan əlavə, rəsmi Bakı özünün indiki halda Belarus respublikasına münasibətdə müttəfiqlik və tərəfdaşlıq öhdəliklərinə sadiqdir.
Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.