Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara müraciət edib

Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara müraciət edib

Tarix: 16 Dekabr 2021 16:12

"Aliment tələblərinə dair icra sənədlərində çətinliklər çoxdur. Əsas çətinliklər borcluların iş yerlərinin, gəlirlərinin olmaması, maddi vəziyyətlərinin aşağı olması, pandemiya ilə bağlı yaranmış şərait, borcluların ağır xəstə, əlilliyinin olması, yaşayış yerlərinin olmaması və s".

Sonxeber.net xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası" mövzusunda feysbukda keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, borclu və tələbkarlar arasında icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşılması halları da olur: "Bir icra məmurunun icraatında 200-500 icra işi varsa, tələbkarlar bunu nəzərə almalıdırlar. Hər ay alimentin ödənilməsini istəyirlərsə, məbləğ ödənilmədiyi halda tədbirlər görülməsi üçün icra məmurunu rəsmi şəkildə məlumatlandırmalıdırlar".


Etiketlər:  Ədliyyə Nazirliyi aliment bilməyən vətəndaşlara müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ