Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 20:02
Rusiya həbsxanalarında kriminal avtoritet və "qanuni oğru"ların çağırış məktubu yayılmağa başlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onlar bu ölkənin həbsxanalarında dustaqlara qarşı zorakılığa son qoymağa çağırırlar. Məlumata əsasən, hüquq müdafiəçisi Yeva Merkaçeva faktı təsdiqləyib. Bu "praqon" "qanuni oğru"ların qiyabi "sxodka"sında qəbul olunub. "Sxodka"ya isə məşhur kriminal avtoritet "Şakro Molodoy" başçılıq edib.
Məktuba azərbaycanlı "oğru"lar da daxil olmaqla keçmiş postsovet məkanının əksər avtoritetləri imza atıblar.