Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 23:08
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən olan Moldova seçməsinin baş məşqçisi Sergey Kleşenko püşkün nəticəsini dəyərləndirib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 49 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında C Liqasının 3-cü qrupunda yer alan komandaların özləri üçün münasib rəqib olduğunu bildirib.
O, bütün kollektivləri yaxşı tanıdıqlarını söyləyib: "2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Son vaxtlar həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdik. Biz bu komandaları yaxşı tanıyırıq, onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir".
Kleşenko Slovakiyanı qrupun favoriti adlandırıb: "Onların Rusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı heyəti var".
Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.