Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiyanı Xolokostla müqayisə edən deputat məhkəmə tərəfindən cəzalandırıldı

Vaksinasiyanı Xolokostla müqayisə edən deputat məhkəmə tərəfindən cəzalandırıldı

Tarix: 17 Dekabr 2021 09:24

Niderlandın sağçı Demokratiya Forumu Partiyasının lideri Tyerri Bod ölkə əhalisinin COVID-19-a qarşı peyvəndləmə kampaniyasını Holokostla eyniləşdirdiyinə görə məhkəməyə verilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, deputat qalmaqallı açıqlamasını öz "Twitter" səhifəsində yerləşdirib.

O, nasist həbs düşərgələrinin fotolarını paylaşaraq bu hadisəni koronavirusa qarşı həyata keçirilən kütləvi vaksinasiyası ilə müqayisə edib.

Deputat bu paylaşımla Niderlandla peyvənd olunmamış vətəndaşlar üçün ictimai yerlərə getməyin qadağan olunmasını nəzərdə tutan karantin tətbiqinə münasibətini ifadə edib.

Nəticədə məhkəmə sağçı deputata 48 saat vaxt verib. Belə ki, deputata iki sutka ərzində sözügedən paylaşımı səhifəsindən silməlidir.

Əks halda, o, mikrobloqunda müvafiq paylaşımını silənə qədər gündəlik 25 min avro ödəməli olacaq.

Milli.Az


Etiketlər:  Vaksinasiyanı Xolokostla müqayisə edən deputat məhkəmə tərəfindən cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ