Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 12:42
Bu ilin dekabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 302,4 min nəfər olub, onlardan 4 986,6 min nəfərini məşğul əhali təşkil edib.
Sonxeber.net-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96%, məşğul əhalinin sayı isə 2% artıb.
Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 670,5 min nəfər çalışıb.