Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi

Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi

Tarix: 17 Dekabr 2021 13:55

Xalq artisti Aygün Kazımova yeni "Я в Нирване" adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, alboma Kazımovanın "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan" və Filip Kirkorovla "Jan Azərbaycan!" duetləri də albomda yer alıb.

Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da diskə daxil edilib.

Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.

"Я в Нирване" Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. Altı trekdən ibarət diskin buraxılışı "SS-production" şirkətinin himayəsi altında "BEAT Music" etiketində baş tutub.


Etiketlər:  Bunu Azərbaycanda dəfə Aygün Kazımova etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ