Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 17:12
Ansu Fatinin "Barselona"dakı debütü onun "İnstaqram"dakı izləyicilərinin sayına təsir edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 16 yaşlı oyunçunun Kataloniya klubunda ilk oyuna çıxmasından sonra "İnstaqram"dakı izləyicilərinin sayı 10 dəfə artıb. Hücumçunun matç gününə qədər abunəçisi 55 min idi. Hazırda isə bu rəqəm 534 mindir.
Maraqlıdır ki, oyunçunun izləyicilərinin sayında ilk artım əsas komanda ilə birinci məşqini edəcəyielan olunan zaman olub. Həmin vaxt əlavə 12 min abunəçi onu izləyib.
Ancaq Ansunun səhifəsinə "kütləvi ziyarət" "Betis"lə oyundan dərhal sonra Messinin onun və Pereslə bağlı "İnstaqram"dakı yazısından sonra olub.
Qeyd edək ki, Fati ikinci turda "Betis"lə görüşdə debüt edib və "Barsa"nın La Liqada oynayan ən gənc ikinci futbolçusu olub.
Xatırladaq ki, A.Fati ötən ay Kataloniya təmsilçisi ilə peşəkar müqavilə imzalayıb. Ona 100 milyon avro qiymət qoyulub.